"Sabah" bu gün Çempionlar Liqasında I təsnifat mərhələsində cavab matçına çıxacaq.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, bu görüş Azərbaycan televiziya kanallarında canlı yayımlanmayacaq.
Uels tərəfi qarşılaşmanın yayınlanması üçün böyük məbləğ tələb etdiyinə görə, Azərbaycanlı izləyicilər görüşü televiziya vasitəsilə izləyə bilməyəcək.
Qeyd edək ki, TNS - "Sabah" matçı Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. İlk görüşdə təmsilçimiz 2:0 hesablı qələbə qazanıb və növbəti mərhələyə yüksəlməyə yaxın tərəfdir.


