"İnter"in və Argentina millisinin sabiq müdafiəçisi Xavyer Zanetti həmyerlisi Lionel Messinin 2026-cı ildə "Qızıl top" mükafatını alacağına ümid etdiyini bildirib.
Offsideplus.az xəbər verir ki, 39 yaşlı ulduz hücumçu hazırda davam edən Dünya Çempionatında keçirdiyi 6 oyunda 8 qol vuraraq Kilian Mbappe ilə birlikdə turnirin ən məhsuldar oyunçusudur.
Zanetti builki mükafatla bağlı fikirlərini bölüşərkən Messini fərqləndirib:
"Ümid edirəm ki, 'Qızıl top'u Messi qazanacaq. Onun 39 yaşında nümayiş etdirdiyi oyun böyük bir mükafata layiqdir. Bu, onun karyerasının layiqli yekunu olar".
Qeyd edək ki, "France Football" tərəfindən ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatının təqdimetmə mərasimi bu il oktyabrın 26-da Londonda keçiriləcək.


