AFFA İcraiyyə Komitəsinin 2025-ci il iyunun 25-də keçirilən iclasında qəbul edilən qərara əsasən, Futbol İnkişaf Mərkəzinin pilot layihəsinin icrası ilə bağlı Bayıl stadionunda və ərazidəki inzibati binada təmir-bərpa işləri sürətlə davam etdirilir.

Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.

Hazırda arenada "FIFA Quality Pro" sertifikatlı süni ot örtüyünün salınması prosesi gedir. Bununla yanaşı, stadionun işıqlandırma sistemi yenilənir, inzibati binada yerləşən paltardəyişmə, hakim, həkim, dopinq, ofis və yataq otaqlarında aparılan əsaslı təmir işləri isə artıq tamamlanmaq üzrədir.

Təmirdən sonra Bayıl stadionu tamamilə uşaq və gənclər futbolunun ixtiyarına veriləcək. Bu layihə çərçivəsində artıq cari ilin avqustunda Bakı Futbol Federasiyası ilə birgə təşkil olunacaq "Sabahın ulduzları" turnirinin oyunlarının məhz bu arenada keçirilməsi planlaşdırılır.