"Barselona"nın müdafiəçisi Xerard Martin Kataloniya klubunun baş məşqçisi Hans-Diter Fliklə münasibətlərindən danışıb.
Offsideplus.az xəbər verir ki, ispaniyalı futbolçu almaniyalı futbolçunu tərifləyib:
"Flik bizə çox yaxındır. Nə düşünürsə, həmişə birbaşa üzümüzə deyir – istər inkişaf etdirməli olduğumuz məqamları, istərsə də yaxşı etdiyimiz şeyləri. İrad bildirmək lazım gələndə də bunu çəkinmədən edir. O, həmişə bizi diqqətlə izləyir, çünki diqqətimizi cəmləməyin və mehriban olmağın bizim üçün nə qədər vacib olduğunu bilir.
"Nyukasl"la ev oyunundan sonra - hansı ki, matç 7:2 hesabı ilə başa çatdı - mənə yaxınlaşıb təbrik etdi. Duyğularını çox büruzə verən biri deyil, amma yaxınlaşıb qucaqlayan məşqçilərdəndir".
Qeyd edək ki, Flik 2024-cü ilin yayından "Barselona"ya rəhbərlik edir. Onun rəhbərliyi altında keçən iki mövsümdə kataloniyalılar iki dəfə İspaniya çempionu olsalar da, Çempionlar Liqasında mübarizəni dayandırıblar.


