Bu gün basketbol üzrə Azərbaycanın gənclərdən ibarət milli komandası (U-20) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının B divizionunda üçüncü oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, A qrupundakı üçüncü matçında yığmamız İrlandiya komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Qeyd edəki ki, seçməmiz daha əvvəl İsveçə məğlub olub (58:85), Slovakiyaya isə qalib gəlib (72:66). Basketbolçularımızı növbəti turda Şimali Makedoniya ilə qarşılaşma gözləyir (15 iyul).

22:30 İrlandiya U-20 – Azərbaycan U-20

Turnir cədvəlindəki vəziyyət: İsveç - 6 xal, İrlandiya, Şimali Makedoniya, Azərbaycan, Slovakiya - hərəyə 3 xal.