Kişi basketbolçulardan ibarət Türkiyənin U-20 milli komandası FIBA 2026 Avropa çempionatında ilk qələbəsini qazanıb.

Offsideplus.az xəbər verir ki, A qrupunda yer alan "ay-ulduzlular" turnirdəki ikinci oyunlarında Almaniya yığması ilə qarşılaşıb.

Gərgin keçən mübarizədə rəqibini 83:76 hesabı ilə üstələməyi bacaran Türkiyə seçməsi çempionatda ilk qələbə sevincini yaşayıb.

Türkiyənin ən məhsuldar oyunçuları 19 xalla oynayan Salih Altuntaş və 18 xalla mübarizə aparan Ömer Kutluay olub.

Qeyd edək ki, "ay-ulduzlular" turnirdə A qrupunda İtaliya, Almaniya və Fransa yığmaları ilə mübarizə aparır.

Onlar qrupun son oyununda, bu gün İtaliya millisi ilə qarşılaşacaqlar. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.