Fransa millisinin müdafiəçisi İbrahima Konate DÇ-2026-nın yarımfinalında qarşılaşacaqları İspaniya yığmasının vingeri Lamin Yamalın sözlərinə cavab verib.

Offsideplus.az xəbər verir ki, Konate rəqib futbolçunun bu iddialı açıqlamasına belə reaksiya verib:

"Fransa İspaniyadan qorxur? Xeyr. Düzünü desəm, matç haqqında danışılanlara əhəmiyyət vermirik. Biz heç kimdən qorxmamalıyıq. Bu turnirə başladığımız andakı təvazökarlığı qorumaq və xüsusən də indiki məqamda belə tələlərə düşməmək bizim üçün çox vacibdir.

O, istədiyini deyə bilər. Oyuna ən yaxşı şəkildə hazırlaşacağıq və ümid edirəm ki, yekunda nəticə bizim xeyrimizə olacaq".

Qeyd edək ki, Yamal daha əvvəl "Fransa bizdən ehtiyat etməlidir, bizim heç bir qorxumuz yoxdur" fikirlərini səsləndirmişdi.