Portuqaliyanın "Porto" klubunun 26 yaşlı qapıçısı Dioqo Kosta transfer bazarının ən çox axtarılan adlarından birinə çevrilib.

Offsideplus.az xəbər verir ki, parlaq çıxışı ilə diqqətləri üzərinə çəkən qapıçısını heyətinə qatmaq üçün Avropanın iki nəhəng klubu hərəkətə keçib.

​Mətbuatın yaydığı son məlumatlara görə, portuqaliyalı qapıçının xidmətində İngiltərənin "Çelsi" və Fransanın "Paris Sen-Jermen" klubları yaxından maraqlanır. Hər iki klub ulduz futbolçunu transfer etmək üçün imkanları nəzərdən keçirir.

​Lakin "Porto" rəhbərliyi Diogo Costanın transferində olduqca qətiyyətli mövqe nümayiş etdirir. Portuqaliya təmsilçisi oyunçunun müqaviləsində yer alan 60 milyon avroluq sərbəstqalma məbləğində heç bir halda güzəştə getməyəcəyini və hər hansı bir qiymət bazarlığı etməyəcəyini maraqlı tərəflərə bildirib.