Erlinq Haalandın atası Alf-İnge Haaland DÇ-2026-nın 1/4 finalında Norveçin İngiltərəyə məğlub olduğu matçdan (1:2) sonra hakimliyi sərt tənqid edib.
Offsideplus.az xəbər verir ki, Cud Bellinqemin dubl etdiyi oyunda fransalı hakim Kleman Türpen VAR-ın xəbərdarlığından sonra Erlinq Haalandın oyun qaydasını pozduğunu əsas gətirərək Norveçin qolunu ləğv edib.
Matçdan sonra ingiltərəli jurnalist Henri Uinter sosial şəbəkədə Bellinqemi tərifləyərək, onun İngiltərə millisi tarixində gördüyü ən yaxşı oyunçu olduğunu yazıb. Alf-İnge Haaland isə jurnalistə belə cavab verib:
"Ciddisiniz? Sizi hakim xilas etdi. Ümid edirəm ki, indi dünya çempionu olarsınız. Amma mənə elə gəlir ki, bu gün bizi qarət etdilər


