Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın 1/4 finalında İsveçrəyə qarşı qazanılan dramatik qələbəni (əlavə vaxtda 3:1) şərh edib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis komandasının çətin vəziyyətlərdən çıxmaqda artıq təcrübəli olduğunu bildirib. 1/8 finalda Misirə qarşı 0:2 geridə olub 3:2 qalib gələn, İsveçrə ilə matçda isə əlavə vaxtda vurduğu qollarla yarımfinala yüksələn Argentina üçün Skaloni bunları deyib:
"Əziyyət çəkəcəyimizi bilirdik. Bu, bizim qanımızda, DNT-mizdə var və bizə rahatlıq verir. Qətərdəki dünya çempionatında mən də daxil olmaqla o qədər də təcrübəli deyildik və belə anlar çox çətin olurdu. Amma indi rəqibin təzyiqi altında qalmağın, qol buraxmağın nə olduğunu bilirik və soyuqqanlılığımızı qoruyuruq. Heç vaxt təslim olmayacağıq".
Qeyd edək ki, İsveçrənin 67-ci dəqiqədə hesabı bərabərləşdirməsinə baxmayaraq, əlavə vaxtda Xulian Alvares və Lautaro Martinesin qolları Argentinanı yarımfinala daşıyıb.


