FİFA prezidenti Canni İnfantino dünya futbolunda böyük rezonans doğuracaq yeni bir islahata hazırlaşır.

Offsideplus.az xəbər verir ki, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) rəhbəri 2030-cu ildə keçiriləcək Dünya Çempionatında iştirakçı komandaların sayını artırmağı planlaşdırır.

​Əldə olunan son məlumatlara görə, İnfantino turnirdəki komanda sayını mövcud planlardakı 48-dən 64-ə yüksəltmək niyyətindədir. Bu addımın həm qlobal futbol miqyasını genişləndirmək, həm də çempionatın gəlirlərini maksimum dərəcəyə çatdırmaq məqsədi daşıdığı bildirilir. İslahat layihəsinin yaxın gələcəkdə FİFA Şurasının iclasında rəsmən müzakirəyə çıxarılacağı gözlənilir.

​Qeyd edək ki, layihə reallaşarsa, bu, dünya çempionatları tarihində ən genişmiqyaslı turnir olacaq. Dünyanın nəhəng klubları, o cümlədən "Real Madrid", "Barselona" və "Mançester Siti" kimi nəhənglərin çıxış etdiyi ölkələrin futbol qurumları isə oyunçuların gərgin qrafikindən narahat olduqları üçün bu qərara hələ ki birmənalı yanaşmırlar.