"Real Madrid"in futbolçuları bir dünya çempionatında eyni klubun oyunçularının vurduğu qolların sayına görə yeni rekorda imza atıblar.

Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisinin üzvləri DÇ-2026-da ümumilikdə 19 qola imza atıblar. Komandanın futbolçularından Kilian Mbappe 8, Cüd Bellinqem 6, Vinisius Junior 4, Arda Güler isə 1 dəfə fərqlənib.

Əvvəlki rekord 18 qol idi. Bu göstəriciyə DÇ-1954-də Macarıstanın "Honved", DÇ-2014-də Almaniyanın "Bayern" və DÇ-2022-də Fransanın PSJ klubunun futbolçuları nail olmuşdular.