Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev Avropa arenasında növbəti oyununu idarə edəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Təcrübəli mütəxəssis UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Hamrun" (Malta) və "Runavik" (Farer adaları) komandaları arasındakı qarşılaşmada hakim-inspektor statusunda fəaliyyət göstərəcək.
Sözügedən matç iyulun 16-da Ta Qali şəhərindəki "Centenary" stadionunda oynanılacaq.


