UFC--də iki fərqli çəkidə sabiq çempion Konor Makqreqorun Maks Holloueylə reallaşan son qarşılaşmadan əldə etdiyi gəlir məlum olub.
Offsideplus.az xəbər verir ki, döyüşdə cəmi 65 saniyəyə texniki nokautla məğlub olan 37 yaşlı irlandiyalı ulduz uğursuzluğa rəğmən, döyüş üçün 15,04 milyon dollar qazanıb. Görüşün qalibi M.Holloueyin qonorarı isə 5,08 milyon dollar olub.
Qeyd edək ki, qarşılaşmanın ilk dəqiqələrində rəqibinə hücum etmək istəyən Makqreqor ayağından ağır zədə alıb. Aldığı zərbələrdən sonra ard-arda yerə yıxılan idmançının vəziyyəti nəzərə alınaraq döyüş vaxtından əvvəl dayandırılıb.


