Dünya tennisinin 1 nömrəsi Yannik Sinner Uimbldon turnirinin finalında Rolan Qarros çempionu Aleksandr Zverevi 4 setlik gərgin mübarizədə məğlub edərək titulunu uğurla qoruyub.

Offsideplus.az xəbər verir ki, ilk seti uduzan italyan tennisçi möhtəşəm geri dönüş edərək 6-7(7), 7-6(2), 6-3, 6-4 hesablı qələbəyə sevinib. Bu, 24 yaşlı Sinnerin karyerasında 5-ci "Böyük Dəbilqə" (Grand Slam) çempionluğudur.

Mərkəzi Kortda 3 saat 46 dəqiqə davam edən matçdan sonra Sinner belə deyib:

"Bazar günü səhəri həyəcanı hiss etmək olur, bura çox xüsusi bir yerdir. Bura bir daha neçə dəfə qayıda biləcəyini heç vaxt bilmirsən. Ona görə də bunun qədrini bilirəm".

Qeyd edək ki, bu qələbə ilə Yannik Sinner Böyük Dəbilqə turnirlərindəki ümumi 100-cü yubiley qələbəsini rəsmiləşdirib. Finala qədər 13 oyunluq qələbə seriyası olan Zverevin isə seriyası başa çatıb.