Oğlanlardan ibarət U-20 millimiz Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən Avropa çempionatı B divizionunda ikinci qrup oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, basketbolçularımız ev sahibi Slovakiya seçməsi ilə gərgin oyunun yekununda 72:66 hesablı qələbə qazanıb.

Görüşün ən məhsuldar oyunçusu 26 xal, 16 ribaundla millimizin üzvü Emanuel Aqbason seçilib.

Qeyd edək ki, yığmamız qrupda növbəti oyununu 14 iyul Bakı vaxtı ilə saat 22:30-da İrlandiyaya qarşı keçirəcək.