UFC-nin ağır çəkidə (120 kq-a qədər) britaniyalı çempionu Tom Aspinall növbəti döyüşünə hazır olduğunu bəyan edib.
Offsideplus.az xəbər verir ki, onun fikirlərini "Bloody Elbow" nəşri yayıb:
"Baxın, biz UFC rəhbərliyinə hazır olduğumuzu bildirdik. Sadəcə tarixin təyin olunmasını gözləyirik. Parisdə və ya başqa hər hansı bir yerdə döyüşə biləcəyimizi demişik. Ona görə də bizə xəbər vermələrini gözləyirik. Mən idman zalındayam, gücümün maksimumunu ortaya qoyuram. Gözləmədəyik".
Qeyd edək ki, Aspinall ötən ilin oktyabrında keçirilən UFC 321 turnirində fransalı Siril Qanla qarşılaşmadan bəri oktaqona çıxmayıb. Həmin döyüş qeyri-ixtiyari olaraq gözə barmaq batması səbəbindən baş tutmamış (nəticəsiz) elan edilmişdi.


