"Sabah" bu gün Çempionlar Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" səfərdə TNS (Uels) ilə qarşılaşacaq.
İlk oyunda təmsilçimiz 2:0 hesablı qələbə qazanıb.
Görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Qeyd edək ki, bu mərhələni keçən komanda növbəti mərhələdə "Vardar" (Şimali Makedoniya) - "Kups" (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Çempionlar Liqası, I təsnifat mərhələsi
21:30 TNS - "Sabah"
İlk oyun: 0:2


