"Real Madrid" rəhbərliyi Xose Mariya Enrikes Negreyranın rəhbərlik etdiyi dövrdə "Barselona"nın qazandığı bütün titullardan məhrum edilməsi tələbi ilə UEFA-ya müraciət edib.
Offsideplus.az "As" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi katalonlardan idmanda korrupsiyaya qarşı hansı nəzarət tədbirlərinin mövcud olduğunu və onların real olaraq tətbiq edilib-edilmədiyini yoxlamaq məqsədilə 2010–2018-ci illəri əhatə edən sənədləri təqdim etməsini istəyib.
Qeyd edək ki, 2023-cü ildə "Barselona"ya və klub rəhbərliyinə qarşı rüşvətxorluq ittihamı irəli sürülüb. İttihama səbəb İspaniya Kral Futbol Federasiyasının (RFEF) Hakimlərin Texniki Komitəsinin (CTA) keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Negreyraya edilən ödənişlər olub.
Məhkəmə instansiyası "Barselona" tərəfindən 2001-ci ildən 2018-ci ilə qədər Negreyraya milyonlarla avro ödənilməsini cinayət əməli kimi qiymətləndirib


