Azərbaycan Basketbol Federasiyasının (ABF) təşkilatçılığı ilə gənc hakimlər üçün iki günlük təlim-seminar baş tutub. 

Offsideplus.az xəbər verir ki, ABF Hakimlər Kollegiyasının sədri Ələkbər Həsənovun rəhbərlik etdiyi təlimdə 15-i yeni başlayan olmaqla ümumilikdə 22 nəfər iştirak edib.

Seminarda basketbol qaydaları, ikili hakimlik mexanikası müzakirə olunub və iştirakçıların fiziki hazırlığı yoxlanılıb.

Layihənin əsas məqsədi qarşıdakı mövsümdə Uşaq Gənclər Basketbol Liqasına daha çox gənc hakimin cəlb edilməsidir.

Sentyabrda keçiriləcək mövsümöncəsi imtahanları uğurla verən gənclər rəsmi oyunlara təyinat alacaqlar.