Bir aydan çoxdur davam edən Dünya Kubokunda yarımfinal cütlükləri bəllidir. Finala vəsiqə uğrunda Fransa İspaniya ilə, İngiltərə isə Argentina yığması ilə qarşılaşacaq.
Bəs çempionluq yolunda əsas favorit hansı millidir? Turnirin qarşılaşmalarını şərh edən tanınmış idman jurnalistləri Offsideplus.az-ın bu sualını cavablandırıblar:
Tural Dadaşov: Final: Fransa - İngiltərə. Çempion: İngiltərə.
Ramiz Mirzəzadə: Final: Fransa - Argentina. Çempion: Fransa
Süleyman Vəliyev: Final: İspaniya - İngiltərə. Çempion: İspaniya.
Fərid Ramazanov: Final: Fransa - İngiltərə. Çempion: Fransa.
Mustafa Kamal: Final: Fransa - İngiltərə. Çempion: Fransa.
Pərviz Musayev: Final: Fransa - İngiltərə. Çempion: Fransa.
Gündüz Abbaszadə: Final: Fransa - İngiltərə. Çempion: Fransa.
Elnur Məmmədli: Final: Fransa - Argentina. Çempion: Fransa.
Nurlan Valehoğlu: Final: Fransa - Argentina. Çempion: Argentina.
Tural Məmmədli: Final: Fransa - İngiltərə. Çempion: İngiltərə.
Əhməd Əliyev: Final: Fransa - İngiltərə. Çempion: Fransa.
Qeyd edək ki, ilk finalçının adı bu gün, digəri isə sabah, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşmalarla məlum olacaq.


