UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilir. 

Offsideplus.az xəbər verir ki, təmsilçimiz "Sabah" Uelsin TNS klubu ilə cavab görüşünə çıxıb. 

Hazırda hesab açılmayıb və ümumi nəticədə klubumuz 2:0 öndədir.

Əgər "Bayquşlar" 2-ci təsnifat mərhələsinə yüksələrsə, onların qarşılaşacağı komanda da bəlli olub.

"Kups" klubu "Vardar Skopye" klubuna 2:3 hesabla məğlub olsa da, iki oyunun cəmində 4:3 hesabla qalib gəlib və nəticədə 2-ci təsnifata yüksəlib.

Əgər "Sabah" növbəti mərhələyə yüksələrsə, rəqibi məhz "Kups" klubu olacaq.