24 yaşlı ingilis hücumçu Meyson Qrinvudun yeni klubuna transferi rəsmiləşib.

Offsideplus.az xəbər verir ki, "Fənərbağça"nın yaydığı rəsmi bəyanatda transferin bütün detalları və maliyyə şərtləri açıqlanıb.

Yeni klubun açıqladığı rəsmi şərtlərə əsasən, transferin maliyyə strukturu aşağıdakı kimidir:

  • Müqavilə müddəti: İngiltərəli hücumçu ilə rəsmi olaraq 4 mövsümlük sözləşmə imzalanıb.

  • Ümumi transfer məbləği: Transfer üçün 39,000,000 avro ödəniləcək.

  • Ödəniş planı: Bu məbləğ "Olimpik Marsel" klubuna 3 il ərzində, üç bərabər hissəyə bölünərək ödəniləcək.

Bu rəsmi açıqlama ilə birlikdə, Qrinvudun karyerasında Fransa mərhələsi başa çatır və o, yeni komandası ilə uzunmüddətli yeni bir səhifə açır.