Azərbaycan təmsilçiləri cari mövsümdə avrokuboklara uğurlu start verib.

Offsideplus.az xəbər verir ki, "Sabah"ın cavab qarşılaşmasında da TNS-i məğlub etməsi klublarımızın ardıcıl 4-cü qələbəsi olub.

Azərbaycan artıq aktivinə 1.000 reytinq xalı yazdırıb.

Hazırda 19.562 xalla 26-cı sıradakı yerimizi qoruyuruq. Bizdən öndə qərarlaşan İsrailin isə 20.750 xalı var.

Siyahıya 98.519 xalla İngiltərə başçılıq edir.