“Sabah” Basketbol Klubu Hassani Qravett ilə əməkdaşlığın başa çatdığını bildirib.

Offsideplus.az xəbər verir mi, o, klubda keçirdiyi müddət ərzində iki dəfə müntəzəm çempionatın MVP-si, bir dəfə isə final seriyasının MVP-si seçilib. O, komandanın əldə etdiyi nəticələrdə və çempionluq yolunda əsas oyunçulardan biri olub.

Klub Qravettə "Sabah”dakı çıxışına, peşəkarlığına və komandaya verdiyi töhfələrə görə təşəkkür edərək onun gələcək karyerasında uğurlar arzulayıb.