​Dünən gecə 2026-cı il Dünya Çempionatının yarımfinalında Argentinaya 1:2 hesabı ilə məğlub olan İngiltərə millisi turnirlə vidalaşsa da, baş məşqçi Tomas Tuxelin gələcəyi ilə bağlı qərar verilib. 

Offsideplus.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası (FA) alman mütəxəssislə yola davam etmək niyyətindədir.  

Federasiya məğlubiyyətə baxmayaraq Tuxelə tam etibar edir. Hələ ötən fevral ayında tərəflər arasında müqavilənin müddəti Böyük Britaniya və İrlandiyanın ev sahibliyi edəcəyi Avro-2028 turnirinin sonuna qədər uzadılıb.  

​Oyundan sonrakı mətbuat konfransında Tuxel bu barədə danışaraq deyib: "Müqaviləm evdə keçiriləcək Avropa çempionatının sonuna qədərdir və mən indidən buna köklənmişəm. Hazırda bu barədə düşünmək çətin olsa da, işimi davam etdirəcəyəm".  

Qeyd edək ki, ​İngiltərə millisi Entoni Qordonun 55-ci dəqiqədə vurduğu qolla önə keçsə də, Tuxelin müdafiəyəmeyilli taktiki dəyişiklikləri (Ezri Konsa, Dan Bern və Niko O'Reylinin meydana daxil olması) rəqibin təzyiqini artırıb. Nəticədə Enzo Fernandes (85') və Lautaro Martinesin (90+2') qolları Argentinanı finala daşıyıb.  

​İngiltərə yığması Mayamidə bürünc medal uğrunda Fransa millisi ilə qarşılaşacaq.