"İnter" "Arsenal"ın futbolçusu Qabriel Martinellini heyətinə qatmaq istəyir.

Offsideplus.az "The Sun"a istinadən xəbər verir ki, İtaliya təmsilçisi braziliyalı üçün danışıqlara başlayıb.

İtaliya çempionu 25 yaşlı vingerin keçidini bu yay həll etmək niyyətindədir. 

Qeyd edək ki, Braziliya millisinin üzvünün “Arsenal”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.