"Araz-Naxçıvan" növbəti transferini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

Naxçıvan təmsilçisi burundili Abdallah Sudi ilə anlaşıb. Mərkəz hücumçusu ilə imzalanan müqavilənin müddəti 1 ildir.

O, müxtəlif illərdə "Vital O", "Kiqali", "Al-Faisaly", "Muktijoddha", "Əl-Naft", "Kuçinq", "Əl Əttihad", PSİS klublarında çıxış edib. Futbolçu son mövsümü İndoneziyanın "Persijap" komandasında keçirib. Konqo Demokratik Respublikasının vətəndaşlığını da daşıyan forvard 2022-ci ildə Burundi millisinin 13 oyunda formasını geyinib və 3 qol vurub.

Sudi artıq komanda ilə birgə məşqlərə başlayıb.