"Qarabağ" sabah Avropa Liqasında növbəti oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsinin cavab oyununda İslandiyanın "Vestri" komandasının qonağı olacaq.

Görüşün hakimlər briqadası məlum olub. Belə ki, qarşılaşmanı çexiyalı FİFA referisi Marek Radina idarə edəcək.

Qeyd edək ki, ilk matçda "kəhər atlar" 3:0 qələbə qazanıb.