AFFA rəsmisinə UEFA-da mentor seçilib. 

Offsideplus.az xəbər verir ki, AFFA-nın baş katibinin müavini Elçin Məmmədov "UEFA Akademiyası Məzunlarının Assosiasiyası" (“UEFA Academy Alumni Association”) tərəfindən təsis edilmiş Mentorluq Proqramına mentor qismində seçilib.

E.Məmmədov bu proqram çərçivəsində UEFA Akademiyasında təhsil almış məzunlarla mentor kimi çalışacaq.