İngiltərə ilə gərgin keçən Dünya Çempionatının yarımfinal oyunu öncəsi (və ya mümkün penaltilər seriyasından əvvəl) maraqlı anlar yaşanıb.
Offsideplus.az xəbər verir ki, Argentina millisinin üzvləri İngiltərə yığmasının qapıçısı Cordan Pikfordun üzərində penalti vuranların siyahısı və qeydlər olan su şüşəsini tapıblar. Dudaq oxuma mütəxəssisləri Leo Messi, Niko Qonsales, Senesi və Argentina texniki heyətinin üzvü arasında baş tutan həmin gizli söhbəti deşifrə ediblər:
- Niko Qonsales: "Baxın nə tapmışam. Üstündə Lautaro, Xulian və digərləri haqqında qeydlər var..."
- Heyət üzvü: "Bəli, demək olar bütün oyunçuların adları burdadır."
- Leo Messi: "Nə?! Yaxşı, bəs bu qeydlər nə mənaya gəlir ki?"
- Heyət üzvü: "Senesi, sən oxu bunu... Sən ingiliscə bilirsən."
- Senesi: "Burada qapıçının hansı tərəfə tullanmalı olduğu yazılıb..."
- Leo Messi: "Sən qapıçıdan (Pikforddan) danışırsan?"
- Senesi: "Bəli. Sənin üçün yazılıb ki: 'Leo, sola fənd işlədir, amma sağa vurur'"
- Leo Messi (təəccüblü baxışlarla): "Deməli, qapıçı mənim penaltiləri necə vurduğumu ciddi şəkildə analiz edib."


