Türkiyə Superliqasının son çempionu "Qalatasaray" dünyaşöhrətli 33 yaşlı hücumçusu Mauro İkardi ilə yolların ayrıldığını rəsmən elan edib.
Offsideplus.az xəbər verir ki, 1 iyul 2026-cı il tarixi etibarilə müqaviləsi başa çatan və sarı-qırmızılı rəhbərliklə yeni müqavilə şərtlərində ortaq məxrəcə gələ bilməyən Arjantinli ulduz, azad agent statusu qazanaraq klubdan ayrılıb.
Sarı-qırmızılı klub İkardi üçün duyğusal bir vida mesajı yayımlayıb:
"Sevgili Mauro, Bu gün ayrılıqdan deyil, bir mirasdan bəhs edirik... Bir nəsli Qalatasaraylı edən sevgili kapitan, bu gün uşaqlar "Qalatasaraylıyam" - deyib qürur duyursa, bunda sənin də böyük payın var. Bütün Qalatasaraylılar bilir... Belə bir eşq unudulmaz."
Dörd mövsüm ərzində İstanbul təmsilçisinin heyətində əsl əfsanəyə çevrilən və azarkeşlərin sevgilisinə çevrilən İkardi komandaya böyük kuboklar qazandırıb:
-
Oyun sayı: 134 rəsmi matç
-
Qol: 77 qol
-
Məhsuldar ötürmə (Assist): 25 asist
-
Türkiyə Superliqası çempionluğu: 4 dəfə
-
Türkiyə Kuboku: 1 dəfə
-
Türkiyə Superkuboku: 1 dəfə


