İngiltərə Premyer Liqasının keçmiş referisi Mark Helsi FİFA-nın İngiltərə və Argentina milliləri arasındakı prinsipial qarşıdurmaya İsmayıl Əlfəti baş hakim təyin etmək qərarına münasibət bildirib və bu addımın onda təəccüb doğurduğunu gizlətməyib.

Offsideplus.az xəbər verir ki, ​təcrübəli sabiq hakim belə böyük əhəmiyyət kəsb edən qarşılaşma üçün fərqli bir namizədin seçilməsinin daha doğru olacağını qeyd edib:

​"Bu miqyasda bir oyun üçün mən müntəzəm olaraq Çempionlar Liqası və ya Avropa Liqasının mühüm matçlarını idarə edən, daha böyük təcrübəyə malik bir hakimin təyin olunmasını üstün tutardım."

​Helsi Əlfətin müsbət keyfiyyətlərini qeyd etsə də, oyunun çətinlik dərəcəsinə diqqət çəkib:

"Əlfət futbolçularla ünsiyyət qurmağı bacaran, güclü idarəçilik qabiliyyətinə malik yaxşı bir mütəxəssisdir. Lakin o, karyerası ərzində heç vaxt belə bir böyük təzyiqlə qarşı-karşıya qalmayıb. Bu qərarın arxasında hər hansı bir tərəfkeşlik dayandığına inanmıram, lakin görünən odur ki, FİFA-nın ona güvəni olduqca böyükdür."