Bu gün Dünya Kubokunun növbəti finalçısı bəlli olacaq. Yarımfinalda İngiltərə və Argentina seçmələri üz-üzə gələcək.
Bu görüşlə bağlı U-20 millimizin məşqçisi, veteran futbolçu Vaqif Cavadov Offsideplus.az saytına açıqlama verib:
“Hər iki milli finala layiqdir. Şanslar bərabərdir. Oyun maraqlı olacaq. İngilislər bir neçə mundialdır ki, finala yüksələ bilmir. Son çempiona qarşı oyunları çətin olacaq. İndidən nə isə demək çətindir. Məncə, Argentina az da olsa, üstündür. İki Avropa millisini də finalda görə bilərik. Lakin Argentina və İspaniya yığmalarının finalı da maraqlı ola bilər. Oyun üslubları demək olar ki, eynidir. İspaniyanın rəqibi kim olsa, maraqlı finala şahidlik edəcəyik”.
Qeyd edək ki, yarımfinal görüşü bu gün Bakı vaxtı ilə 23:00-da start götürəcək.


