“Cavab oyununda açıq oynayırdılar deyə bizə rahat idi”.
Bu sözləri “Sabah”ın müdafiəçisi, TNS-lə matçda fərqlənən Rəhman Daşdəmirov deyib.
Gənc futbolçu dünənki oyunla bağlı təəssüratlarını Offsideplus.az-la bölüşüb:
“TNS yaxşı rəqib idi. İlk oyuna nisbətən cavab qarşılaşması daha maraqlı keçdi. İlk görüşdə qapanmışdılar, müdafiəni yarmaq çətin idi. Dünən isə açıq futbol sərgilədilər deyə hücum qurmaq bizə daha rahat oldu. Lakin matç ümumilikdə çətin alındı. Meydançanın süni ot örtüyü olması da işimizi çətinləşdirirdi. Qələbə qazandığımız üçün xoşbəxtik”.
Azərbaycan yığmasının üzvü növbəti rəqib “KuPS” haqqında isə bunları deyib:
“Bu komanda haqda hələlik ətraflı məlumatım yoxdur. Bilirəm ki, mərhələni əlavə vaxtda keçdilər. TNS ilə müqayisədə daha güclü rəqibdir. Yaxşı hazırlaşıb qələbə qazanmağa çalışacağıq”.


