Fransa millisinin sabiq hücumçusu Tyerri Anri komandasının DÇ-2026-nın yarımfinalında İspaniyaya uduzmasını (0:2) şərh edib.
Offsideplus.az xəbər verir ki, əfsanəvi futbolçu fransızların daha motivasiyalı rəqibə uduzduğunu və İspaniyanın finala tamamilə layiq olduğunu bildirib.
"Dünya Kubokunun finalında oynamaq üçün bunu ürəkdən istəməlisən. Fransa isə elə təsir bağışlayırdı ki, sanki bunu istəmirdi. Digər tərəfdən, onlar möhtəşəm bir rəqibə qarşı oynayırdılar. İspaniya finalda olmağa tam layiqdir".
Xatırladaq ki, fransızları 2:0 hesabı ilə üstələyən İspaniya finalda İngiltərə – Argentina cütünün qalibi ilə qarşılaşacaq. Fransa isə 3-cü yer uğrunda matça çıxacaq.
Məlumat üçün bildirək ki, Fransa yığmasının heyətində 1998-ci ildə dünya çempionu olan Anri komanda tarixinin ən məhsuldar hücumçularından biridir.


