İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026-nın yarımfinalında Argentina ilə keçiriləcək oyun barədə danışıb.

Offsideplus.az xəbər verir ki, bu barədə SKY Sports məlumat yayıb.

Almaniyalı mütəxəssis hesab edir ki, Argentina və Lionel Messiyə qarşı oyun İngiltərə millisinin ən yaxşı futbolunu ortaya çıxaracaq:

"Argentina kimi komanda və Lionel Messi futbolçularımızın ən yaxşı keyfiyyətlərini üzə çıxaracaq. Müdafiədə və hücumda ən yüksək səviyyədə çıxış etməliyik".

Baş məşqçi Messini tam dayandırmağın mümkün olmadığını da etiraf edib:

"Biz onu tam dayandıra bilməyəcəyimizin fərqindəyik. O, Erlinq Halanddan tamamilə fərqli oyunçudur. Amma Norveçə qarşı çox yaxşı oynadıq və indi də Messiyə qarşı bir yol tapacağıq".

Qeyd edək ki, İngiltərə - Argentina oyunu bu axşam 23:00-da start götürəcək.