"Barselona" İspaniya millisinin və "Tottenhem"in müdafiəçisi Pedro Porronu heyətinə qatmaq planları qurur.

Offsideplus.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik şəxsən 26 yaşlı cinah müdafiəçisinin transfer olunmasını istəyib.

Lakin bu keçid "Barselona" üçün asan olmayacaq. London klubu Porronun satışından ən azı 80 milyon avro qazanmaq niyyətindədir.

Qeyd edək ki, ispaniyalı futbolçunun İngiltərə təmsilçisi ilə 2031-ci ilin yayına qədər qüvvədə olan uzunmüddətli müqaviləsi var.