"Qəbələ" və "Lokomotiv"in sabiq baş məşqçisi Yuri Syomin DÇ-2026-nın yarımfinal mərhələsi çərçivəsində keçiriləcək İngiltərə – Argentina matçı barədə gözləntilərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis hər iki komandanın şanslarını bərabər qiymətləndirib:

"İngiltərə Norveçlə son oyunda o qədər də yaxşı təsir bağışlamadı. Pley-offda daha ağır təqvim və uzun uçuşlar keçirməli oldular. Digər tərəfdən, Argentina da iki oyunda əlavə vaxt oynamalı olub. Hansı komandaya üstünlük verəcəyimi bilmirəm.

Bunlar eyni səviyyəli komandalardır. Görəsən, ingilislər Messini topsuz qoya biləcəklər? Necə ki, ispanlar Mbappe və Dembeleni zərərsizləşdirmişdilər. Argentinalılar xaraktercə çox güclüdürlər. Misir və İsveçrəyə qalib gəlmək yalnız güclü xarakteri olan komandanın işidir".