Aston Martin komandasının səfiri və Formula 1-in sabiq pilotu Pedro de la Rosa, Red Bull sürücüsü Maks Ferstappenin Fernando Alonsonun 8 çempionluq qazana biləcəyi ilə bağlı fikirlərinə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, sabiq pilot həmkarının fikirləri ilə tam razılaşıb:
"Bəli, əlbəttə, o, 8 titul qazana bilərdi. Şübhəsiz. Həm də heç bir problem olmadan.
Doğru komandada olsaydı, bunu bacarardı. Məhz buna görə də pilotları titulların sayına görə qiymətləndirmək ədalətsizlikdir. Eləcə də nəticələrə görə – çünki çempionluqları təyin edən məhz onlardır. Lakin bu məqamda biz daha mürəkkəb və subyektiv qiymətləndirməyə keçmiş oluruq".


