“Neftçi”nin yeni mövsüm öncəsi açıq məşqi təşkil olunacaq.
Offsideplus.az xəbər verir ki, məşq iyulun 18-i, saat 18:00-da “Palms Sports Arena”da başlanacaq.
Stadiona giriş sərbəstdir. Saat 16:00-dan etibarən klubun “Palms Sports Arena”da yerləşən rəsmi mağazası da qapılarını qonaqlar üçün açacaq. Azarkeşlərin ən geci saat 17:30-da stadionda olması tövsiyə edilir.
Məşqdən əvvəl “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer və baş məşqçi Yuri Vernidubun iştirakı ilə brifinq təşkil ediləcək.


