"Tottenhem"in cinah müdafiəçisi Pedro Porro böyük bir "Real Madrid" azarkeşidir və gələcəkdə "Kral Klubu"nun formasını geyinməyi çox arzulayır.
Offsideplus.az xəbər verir ki, lakin onun bu xəyalının reallaşması hələ ki təxirə düşə bilər.
Transfer bazarındakı son gəlişmələr Porronun işini çətinləşdirib:
- Damfris maneəsi: "Real Madrid"in bu yay Denzel Damfrisi heyətinə qatması ispan müdafiəçinin transfer ehtimalını xeyli zəiflədir.
- Trent Aleksander-Arnold faktoru: Pedro Porronun xəyalındakı kluba keçidi həm də gələn mövsüm Trent Aleksander-Arnoldun sərgiləyəcəyi oyundan asılı olacaq. Əgər madridlilər Trentin növbəti mövsümdəki çıxışından razı qalmasalar, bu, Porronun arzusuna çatması üçün yeni bir qapı aça bilər.


