İsveç futbolunun əfsanəvi hücumçusu Zlatan İbrahimoviç Fransa millisinin gələcək baş məşqçisi barədə danışarkən Zinəddin Zidanın bu vəzifə üçün ən doğru namizəd olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, Zlatan Zidanın "Real Madrid"dəki uğurlarına diqqət çəkərək onun gəlişinin qaçılmaz olduğunu vurğulayıb:
"Zidan" Real Madrid"də mükəmməl işlər gördü, 3 Çempionlar Liqası kuboku qazandı. Hamımız bilirik ki, Fransa millisinin növbəti rəhbəri məhz o olacaq. Düşünürəm ki, o, sadəcə Deşamın qurduğu işi davam etdirəcək. Futbolçuları seçmək çətin deyil, çünki onun əlinin altında hazır heyət var."
İbrahimoviç fransız əfsanənin idarəçilik üslubuna toxunaraq maraqlı bir analiz edib:
"Zidan komandaya öz idarəçilik üslubunu, öz iş prinsiplərini gətirməlidir. Mən inanıram ki, o, məşqçidən daha çox menecerdir. Çünki bu komandaya məşqçi yox, məhz menecer lazımdır."
Sabiq hücumçu komandanı idarə etməyin çətinliklərindən və Fransa millisinin hazırkı durumundan da danışıb:
"Bir məşqçi və ya menecer üçün ən çətin hissə hər şeyin zamanını düzgün təyin etmək, dəyişikliklərin nə vaxt edilməli olduğunu bilməkdir. Mən bu gün meydanda Fransa millisinin oyunçularının canlı, aktiv olduqlarını hiss etmədim."


