Ötən gün Dünya Kubokunun əsas 2 favorit millisi - İspaniya və Fransa seçmələri üz-üzə gəldi. Görüş ispanların 2:0 hesablı qələbəsi ilə başa çatdı.

Qarşılaşma haqqındq Arif Əsədov fikirlərini Offsideplus.az-la bölüşüb: 

“Oyundan əvvəl də Fransanın favorit olduğunu, lakin İspaniyanın qələbə qazanacağını demişdim. Səbəb olaraq fransızların fərdi üstünlüyü, ispanların komanda şəklində yaxşı oyunu idi. Dünənki oyunda ispanlar oyunun əvvəlindən istədiyi oyunu diqtə etdi. Layiqli qələbə qazandılar. Bütün komponentlərdə rəqibi üstələdilər, Mbappe, Dembele kimi futbolçulara imkan vermədilər. Topa nəzarət, pressinq əsas silahları idi. Bundan da məharətlə istifadə etdilər. Bu oyunla ispanlar göstərdi ki, mundialın əsas favoritidir”.