2026-cı il Dünya çempionatı səs-küylü hadisələrlə davam edir.
Offsideplus.az xəbər verir ki, turniri başa vuran Seneqal milli komandasının düşərgəsindən şok məlumatlar yayılıb. İdman mətbuatına sızan son hesabatlar turnir zamanı tarixdə görünməmiş bir idarəçilik biabırçılığının yaşandığını üzə çıxarıb.
Məlum olub ki, Seneqalın ulduz qapıçısı Eduar Mendi mundialda aldığı ciddi zədənin müayinə xərclərini şəxsi büdcəsindən qarşılamalı olub.
Fransız jurnalist Romen Molinanın və nüfuzlu idman portallarının araşdırmalarına görə, Seneqal Futbol Federasiyası (FSF) Dünya Çempionatına yollanarkən nümayəndə heyəti, məşqçilər və futbolçular üçün heç bir tibbi sığorta sənədi rəsmiləşdirməyib.
Bu rüsvayçılıq qrup mərhələsinin Norveçlə oyununda (3:2) ulduz qapıçının dizindən zədələnməsi ilə pik həddə çatıb. Müayinə prosesində yaşananlar futbol ictimaiyyətini heyrətə gətirib:
-
MRT müayinəsini özü ödədi: Sol dizindən zədə alan 34 yaşlı Mendi zədəsinin dərəcəsini və bağlarında problem olub-olmadığını öyrənmək üçün dərhal MRT (maqnit rezonans tomoqrafiyası) müayinəsindən keçməli idi.
Lakin federasiyanın sığortası olmadığı üçün ABŞ-nin yüksək tibbi xidmət xərclərini qapıçı öz cibindən ödəmək məcburiyyətində qalıb. -
Həkimlər də çarəsiz qalıb: Komandaya kömək edən tibbi heyətin bəzi MRT müayinələri üçün öz şəxsi vəsaitlərindən avans ödədikləri, lakin federasiyanın hələ də bu pulları onlara geri qaytarmadığı bildirilir.
Seneqalın 1/16 finalda Belçikaya məğlub olaraq turnirlə vidalaşmasından sonra mətbuata sızan digər faktlar komandada ciddi intizamsızlıq və təşkilati problemlərin olduğunu təsdiqləyir:
-
Ödənilməyən maaşlar və bonuslar: Tibbi heyətin və fizioterapevtlərin hələ Afrika Millətlər Kubokundan qalan maaşlarının ödənilmədiyi iddia olunur.
-
Dönüş bileti problemi: Mundial başa çatdıqdan sonra nümayəndə heyətinin bəzi üzvləri geri qayıtmaq üçün aviabiletləri öz vəsaitləri hesabına alıblar.



