İyulun 18–19-da Bakıda, Fəvvarələr Meydanında FIBA 3x3 Qadınlar Seriyasının növbəti mərhələsi keçiriləcək. 

Offsideplus.az xəbər verir ki, turnirdə Azərbaycanı milli komanda ilə yanaşı, "Neftchi SOCAR" klubu da təmsil edəcək.

Azərbaycan milli komandası mübarizəyə təsnifat mərhələsindən başlayacaq. B qrupunda yer alan yığmamız Braziliya və Benin kollektivləri ilə qarşılaşacaq:

10:25 | Azərbaycan – Benin

12:05 | Azərbaycan – Braziliya

Bu təsnifat qrupunun qalibi əsas mərhələyə vəsiqə qazanacaq və orada D qrupunda İspaniya və Avstriya yığmaları ilə mübarizə aparacaq.

Əsas mərhələdən mübarizəyə başlayacaq "Neftçi SOCAR" isə A qrupunda Litva millisi və Çexiyanın "Praqa" klubu ilə qarşılaşacaq:

16:15 | "Neftçi SOCAR" – Praqa

18:05 | "Neftçi SOCAR" – Litva

Qeyd edək ki, qruplarında ilk iki yeri tutacaq komandalar 1/4 finala yüksələcəklər. Qrup oyunları iyulun 18-də, pley-off qarşılaşmaları isə iyulun 19-da baş tutacaq.