Çimərlik futbolu üzrə Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) ilk oyuna çıxıb.

Offsideplus.az xəbər verir ki, B Liqasının B qrupunda yer alan millimiz İngiltərə yığması ilə qarşılaşıb.

Batumi çimərlik meydançasında baş tutan görüş millimiz 8:3 hesabı ilə qələbə qazanıb. Millimizin heyətində Sabir Allahquliyev 4, Sahib Məmmədov və Mirmövsüm Cəniyev isə hərəyə 2 qol vurublar.

Qeyd edək ki, yığmamız qrupda ikinci oyununu bu gün Slovakiyaya, üçüncü matçını isə iyulun 17-i Latviyaya qarşı keçirəcək.