Azərbaycan Premyer Liqasının “Sabah” klubunun futbolçusu Aaron Malouda karyerasını Şotlandiyada davam etdirməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, 20 yaşlı cinah oyunçusunun “Seltik”ə transferi 2 milyon funt sterlinq qarşılığında reallaşa bilər.
Skaut platformasının hələ fevral ayında hazırladığı hesabatda Maloudanın texniki bacarığı, sürəti və inkişaf potensialı sayəsində böyük Avropa klubuna keçə biləcək futbolçu olduğunu vurğulamışdı.
Qeyd edək ki, bir neçə gün öncə Şotlandiya təmsilçisi “Qarabağ” futbolçusu Kamilo Duranı heyətinə qatdığını açıqlayıb.


