"Kəpəz" növbəti transferini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.

"Sarı-göylər" Vadim Abdullayevi heyətinə qatıb.

31 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Xatırladaq ki, ötən mövsümü "Karvan-Yevlax"da keçirən futbolçu 31 oyunda meydana çıxıb və 1 qol vurub.