İyulun 19-u İspaniya və Argentina milliləri Dünya Kubokunun finalında üz-üzə gələcəklər. İspanlar bunu 16 ildən sonra ilk dəfə bacarırsa, Argentina son 4 mundialda 3-cü dəfədir buna nail olur.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov finalda hansı milliyə azarkeşlik edəcək, favorit gördüyü seçmə kimdir? Sualların cavabını Offsideplus.az-a verib:
“Favoritim İspaniyadır. Amma Argentinaya azarkeşlik edirəm”.
Xatırladaq ki, İspaniya - Argentina qarşılaşması iyulun 19-u Bakı vaxtı ilə 23:00-da start götürəcək.


